Cəbhədə döyüş oldu, erməni təxribatçı ələ keçib

Dünən axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

 

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.

 

Təxribat qrupunun bir üzvü ələ keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR