Brüssel vağzalında partlayış törədən terrorçu zərərsizləşdirilib
Brüsselin mərkəzi vağzalında hərbçilər partlayış törədən şəxsi zərərsizləşdirib.
APA TV-nın “Frans Press” agentliyinə istinadən verdiyi xəbərə görə, məlumat Belçika prokurorluğu tərəfindən təsdiqlənib.
Yerli KİV-lər partlayış törədən şəxsin terrorçu-kamikadze olduğunu iddia edir. Partlayıcı qurğunun naməlum şəxsin üzərində olduğu və partlayışın kassalardan birinin qarşısında baş verdiyi bildirilir. İnsident nəticəsində xəsarət alan olmayıb. Vağzalda patrul çəkən hərbçilər operativ reaksiya verərək, həmin şəxsi zərərsizləşdirib.
Xatırladaq ki, 2016-cı ilin martında Brüssel aeroportunda iki, metrosunda isə bir partlayış törədilib. Nəticədə 32 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
OXŞAR XƏBƏRLƏR
17:52
648
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
701
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
786
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
537
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
664
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
698