Sabirabadda ağır yol qəzası: ata və oğul hadisə yerində can verdi

Gecə saatlarında Hacıqabul-Bəhramtəpə magistral yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA TV-nin Mil-Muğan bürosunun verdiyi xəbərə görə, qəzada Saatlı rayonunun Mircəlal kənd sakini, 1958-ci il təvəllüdlü Astanov Həsənxan Hüseynxan oğlunun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə Qazax rayon sakini, Nuriyev Aqil Aydın oğlunun idarə etdiyi “Shacman” markalı yük maşını toqquşub.

Nəticədə "Jiquli"nin sürücüsü H.Astanov və avtomaşında sərnişin qismində olan sürücünün oğlu 1989-cu il təvəllüdlü Dəyanət Astanov hadisə yerində dünyasını dəyişib.

Meyitlərin deformasiyaya uğramış avtomobildən çıxarılması çətinləşdiyi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib və xüsusi avadanlıqlar vasitəsilə avtomobildə sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR