Portuqaliya yanğınları zamanı bir təyyarə yerə çırpılıb

Portuqaliyada meşə yanğınlarının söndürülməsi zamanı təyyarə qəzaya uğrayıb.

APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, Pedroqan-Qrandi bələdiyyəsində baş vermiş yanğınların söndürülməsində Portuqaliya ilə yanaşı, İspaniya, İtaliya və Fransadan da təyyarələr iştirak edib. Qəzaya uğrayan təyyarədə ölənlərin olub-olmadığı barədə məlumat verilmir.

Məlumata görə, təyyarə Loriseyra və Ouzenda yaşayış məntəqələri arasında yerə düşüb. Həmin yerə xilasetmə helikopteri və təcili tibbi yardım avtomobili göndərilib.

Xatırladaq ki, yanğın ümumilikdə 30 min hektar meşəni məhv edib. Son rəsmi məlumata əsasən, yanğınlar nəticəsində 64 nəfər ölüb, 157 nəfər xəsarət alıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR