Leysan yağışlar qərb rayonlarında dolu ilə müşahidə olunub
Ölkənin qərb bölgəsində müşahidə olunan leysan yağışları Gəncənin Hacıkənd qəsəbəsində sonradan doluya çevrilib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, güclü dolu səbəbindən qəsəbə infrastrukturuna ciddi ziyan dəyib. Dolunun diametri 6-7 sm-ə bərabər olub.
Təbii fəlakət zamanı qəsəbədə olan 126 evdən 114-nün dam örtüyü, pəncərələri sınıb, bəzi evlərə sel suları dolub. Eyni zamanda sosial obyektlərə, əkin sahələri və 15-dək avtomobillərə ziyan dəyib.
Qeyd edək ki, qərb bölgəsinin Qazax, Aqstafa, Tovuz, Daşkəsən və Göygöl rayonlarına da güclü yağış və dolu düşüb. Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.
OXŞAR XƏBƏRLƏR
17:52
648
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
701
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
786
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
537
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
664
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
698