Bakıda evdən 40 min manatlıq qızıl oğurlayan dəstə ələ keçdi
Bakıxanov qəsəbəsində 7 fərdi yaşayış evində qeyri-aşkar şəraitdə törədilən oğurluq cinayətinin üstü açılıb.
APA TV-nin xəbərinə görə, Sabunçu RPİ-nin 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Amir Nəsirov, Cəlilabad rayon sakini Rəsayil Bəşirov, paytaxt sakinləri Qafur Quliyev və Elmar Nəzərov saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri oğurluq etdikləri mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları götürüblər. Sonuncu dəfə isə saxlanılan şəxslər Bakıxanov qəsəbəsindəki evlərin birindən içərisində 1200 avro, 200 ABŞ dolları olan seyf və ümumi dəyəri 40 min manat olan qızıl-zinət əşyaları oğurlayıblar.
Qeyd edilən faktlarla cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA