İlk nizami özünümüdafiə tağımı yaradan Milli Qəhrəman - ŞİRİN MİRZƏYEVİN XATİRƏSİ ANILDI
"Milli Qəhrəman Şirin Mirzəyevin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar heç vaxt unudulmayacaq".
APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin anadan olmasının 70 illik yubleyi və anım gününə həsr olunmuş tədbirdə hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı deyib.
O qeyd edib ki, Ş. Mirzəyevin döyüş yolu Naxçıvanik, Pircamal, Ağbulaq, Dəhraz kəndləri də daxil olmaqla, Qarabağ cəbhəsinin ən qaynar nöqtələrindən keçib. Milli qəhrəman 1991-ci ildə ölkədə ilk nizami özünümüdafiə tağımının alay komandiri kimi Ağdamın müdafiəsində, eləcə də ayrı-ayrı yaşayış məntəqələrimizin düşməndən təmizlənməsi əməliyyatlarına rəhbərlik edib.
Ş.Mirzəyev 1992-ci il iyunun 18-də Ağdamın Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib: "Bütün döyüşçülər ona bir böyük kimi, bir komandir kimi inanırdı. Onun komandir olduğu ərəfələrdə böyük uğurlarımız olub. Qazançı, Ərəbcəmil, Pircamal kəndləri işğaldan azad edilib".
Milli Qəhrəmanın həyat yoldaşı, millət vəkili Flora Qasımova isə Şirin Mirzəyevin tək döyüş yoldaşları deyil, müharibənin ağrısını hiss edənlər tərəfindən unudulmadığını deyir: "Şirin Mirzəyev xoşbəxt adamdır ki, döyüş yoldaşları onu unutmurlar. Heç biz, onun yaxın qohumları anadan olan günü, ölüm günündə xiyabana yığışmazlar, amma onlar hər dəfə xiyabandadırlar".
Anım tədbirinin yekununda Şirin Mirzəyevin döyüş yolundan bəhs edən "Diqqət! Mən üç yüz birəm!" filmi nümayiş etdirilib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA