Balakən sakininin həyətindən və evindən narkotik tapıldı
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Qazma kənd sakini 1965-ci il təvəllüdlü Adil Şamil oğlu Şindiyevin yaşadığı evin həyətyanı sahəsindəki istixanalardan və həyətin müxtəlif hissələrindən kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən küllü miqdarda narkotik tərkibli bitki hesab edilən çətənə bitkisinin kolları, həmçinin həyətyanı sahədə qurudulmaq üçün sərilmiş 17 kq 260 qram marixuana aşkarlanaraq götürülüb.
Əməliyyatın davamı olaraq Adil Şindiyevin yaşadığı evdən 36 qram qurudulmuş marixuana götürülüb. Əməliyyat zamanı götürülmüş vəsaitlər maddi sübut kimi istintaqa təhvil verilib.
Balakən rayon məhkəməsinin qərarı ilə Adil Şindiyev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Məlumatda bildirilir ki, Adil Şindiyev əvvəllər ölümə qəsdə və narkotik tərkibli bitkilərin əkib becərməsinə görə, ümumilikdə 8 il 6 ay olmaqla iki dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA