Fövqalədə hallar naziri Cəlilabadda bölgə vətəndaşları ilə görüşüb
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Cəlilabadda vətəndaşları qəbul edib.
APA TV-nin cənub bürosunun məlumatına görə, nazirin qəbulunda Cəlilabad şəhərindən başqa, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinləri, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər də iştirak edib.
Nazir tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 101, digər məsələlərlə bağlı müraciət etmiş 109 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA