Türkiyə-İran sərhədində partlayış: ANAMA əməkdaşları yaralandı
Türkiyə-İran sərhədində baş verən partlayış nəticəsində iki azərbaycanlı yaralanıb. APA TV-nin məlumatına görə, hadisə İğdır vilayətinin Kiçik Ağrı dağı ətəklərində baş verib.
Minaların təmizlənməsi zamanı baş verən hadisədə Azərbaycan vətəndaşları - 35 yaşlı Həzi Aslanov və 38 yaşlı Ruslan Qasımov yüngül yara alıb. Onlar torpaqdan çıxarılan minanı partladılma zonasına aparırlarmış.
Yaralılar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları olub. ANAMA-dan İğdır Dövlət Xəstəxanasına çatdırılan yaralıların həyati təhlükəsinin olmadığı bildirilib.
OXŞAR XƏBƏRLƏR
17:52
648
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
701
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
786
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
537
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
664
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
698