Tikinti obyektlərində müşahidə kameraları quraşdırılacaq
"Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan prezidentinin 28 aprel 2017-ci il tarixli fərmanına uyğun olaraq təşkilati-hüquqi işlər görülüb, tikinti şirkətlərinin müvafiq məlumatlandırılması təmin edilib".
APA TV-nin xəbərinə görə, bunu Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") sədr müavini Ülvi Mehdiyev deyib: "Bu fərmanda bizə konkret tapşırıqlar verilib. Sahibkarlarla görüşün əsas məqsədi qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı əməkdaşlıq etməkdən ibarətdir. Eyni zamanda fərmanda göstərilən tapşırıqların icrası ilə bağlı sahibkarları məlumatlandırmaq və görəcəyimiz işlər haqda onlara məlumat vermək istəyirik".
Fərmana əsasən ilkin olaraq Bakı şəhərində çoxmənzilli yaşayış binaları tikən subyektlərin və həmin obyektlərin elektron reyestri yaradılıb: "Həmin elektron sistem vasitəsilə Bakı şəhərində harada tikinti obyekti var, o obyektin sifarişçisi, podratçıları kimdir, onların əmək müqavilələrinin sayı həmin sistem vasitəsilə müəyyən olunacaq. Tikinti sahəsində bizim sistemdə qeydiyyatdan keçməyən və əmək bildirişləri bazasında əmək müqaviləsi olmayan insanlar olarsa, həmin tikinti subyektləri, sahibkarlar barəsində aidiyyəti üzrə inzibati tədbirlər görüləcək".
Dövlət Agentliyinin əməkdaşı Fariz Cəfərov bildirib ki, tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması üçün tikinti obyektlərində müşahidə kameralarının quraşdırılması nəzərdə tutulub. Onun sözlərinə görə, bu müşahidə kameraları üztanıma sistemi ilə əmək bildirişləri sisteminə birbaşa qoşulacaq ki, həmin obyektdə əmək müqaviləsi ilə çalışan və çalışmayan şəxsləri müəyyən etmək mümkün olsun.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA