Göyçayda maşını və sürücünü cərəyan vurdu
Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 10:30 radələrində rayonun Potu kəndi ərazisində qeydə alınıb.
Göyçay şəhər sakini, 1980-ci il təvəllüdlü Əsgərov Fuad Allahverdi oğlu idarə etdiyi 20 BF 131 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobilini yüksək gərginlikli elektrik xəttinin altında saxlayıb. O, elektrik naqilinin avtomobilin ban hissəsinə toxunmasından xəbərsiz olub. Fuad Əsgərov avtomobilin yük yerinin dəmir qapısını açmaq istəyərkən avtomobilə keçən cərəyan onu vurub. O, aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:52
648
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
701
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
786
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
537
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
664
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
698