Bakıda hava küləkli olacaq, bölgələrdə yağış yağacaq

İyunun 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 18-21, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  21-22, Türkan, Hövsan, Sahil, Şıxda  23-24 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 23-dək Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü fonunda gündüz komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz  26-31, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR