Poroşenko: "Trampla Putindən əvvəl görüşməyimin səbəbi..."

"Donald Trampla görüşüm onun Putinlə görüşündən əvvəl baş tutacaq". APA TV-nin məlumatına görə, bu açıqlamanı Ukrayna prezidenti Pyotr Poroşenko verib.


O qeyd edib ki, Vaşinqtona səfəri ABŞ-ın onun ölkəsinə necə böyük dəstək verdiyinin göstəricisidir: "ABŞ bizi fantastik dərəcədə dəstəkləyir. Mənim Ağ Evdə keçirəcəyim görüşlər, nəzərdə tutulan müzakirələr bu dəstəyi daha da gücləndirəcək. Mən Trampla Putindən əvvəl bir araya gələcəyəm".

 

Poroşenko əlavə edib ki, bu, hamının ən dolğun informasiyalar əldə etməsi və ədalətsizliyə qarşı çıxması istiqamətində çox vacib faktdır.


Xatırladaq ki, Pyotr Poroşenko artıq Vaşinqtondadır. Onun vitse-prezident Mayk Penslə də görüşəcəyi planlaşdırılır. Bundan əlavə, Ukrayna prezidenti Dövlət Departamentində, Müdafiə, Energetika və Ticarət nazirliklərində də olacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR