ABŞ-ın Rusiya ilə münasibətləri normallaşdırmaq planı: TƏLƏBLƏR

ABŞ Dövlət Departamenti Rusiya ilə münasibətlərin normallaşdırılmasına dair plan hazırlayıb.

 

APA TV-nin məlumatına görə, plan üç maddədən ibarətdir və Vaşinqton münasibətləri normallaşdırmaq üçün hər üç maddənin icrasını vacib sayır.

 

Planın müəllifi dövlət katibi Reks Tillersondur. Rusiya qarşısında irəli sürülən ilk şərt Moskvanın ABŞ-a qarşı aqressiv addımlardan imtina etməsidir. Ağ Ev ilk növbədə Rusiyadan "Taliban"a silah verməməyi və Moskvadakı amerikalı diplomatlara toxunmamağı tələb edir. 

 

Tələblərin ikinci bloku Moskva və Vaşinqton arasında xarici siyasət problemlərinə aiddir. Tillerson Rusiyaya Şimali Koreya ilə ticarət münasibətlərini inkişaf etdirməməyi, İŞİD-lə mübarizədə koordinasiyanı gücləndirməyi və kibercasusluqdan imtina etməyi təklif edir.

 

Ekspertlər hesab edir ki, Tillersonun proqramı real deyil. ABŞ bu tələblərin müqabilində Rusiyaya heç nə təklif etmir, bu baxımdan planı işlək saymaq mümkün deyil.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR