Bakıda qəzaya uğrayan avtomobildən narkotik tapıldı
Bakıda baş verən avtomobil qəzası başqa bir cinayətin üstünü açıb.
APA TV-nin xəbərinə görə, Xəzər Rayon Polis İdarəsi (RPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən paytaxt sakini, əvvəllər məhkum olunmuş Kamran Əmirxanov Buzovna qəsəbəsində idarə etdiyi avtomobili maneəyə vurduğu üçün saxlanılıb.
Sürücünün şübhəli davranışları yol polislərinin diqqətindən yayınmayıb. Bu səbəbdən K.Əmirxanov idarə etdiyi avtomobillə birlikdə idarəyə gətirilib. Onun avtomobilinə baxış zamanı salonunda gizlədilmiş 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini və avtomobilində gizlətdiyini etiraf edib.
Xəzər RPİ əməkdaşlarının keçirdiyi digər bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Həmid Əliyev şübhəli şəxs qismində saxlanılıb. Onun əlindəki sellofan torbaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 720 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. İstintaq zamanı məlum olub ki, H.Əliyev marixuananı yaş halda əldə edib və bir neçə gün saxlayıb qurudandan sonra yaşadığı Binə qəsəbəsinə aparan zaman polislər tərəfindən saxlanılıb.
Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA