Səudiyyəli nazirin açıqlaması neftin ucuzlaşmasını dayandıra bilmədi

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falihin neftin gələcəyinə dair optimist proqnozları birjalarda pozitiv qarşılansa da, bu, neftin qiymətinə uzunmüddətli təsir göstərməyib.

 

APA TV-nin məlumatına görə, nazir bildirib ki, bazar düzgün istiqamətdə irəliləyir, amma hədəfə nail olmaq üçün uzun bir yol qət olunmalıdır. Əl-Falihin sözlərinə görə, neft bazarında tələblə təklif arasında balansın yaranması bu ilin 4-cü rübündə mümkün olacaq.

 

Bu açıqlamalardan sonra “Brent” markalı neftin 1 barelinin qiyməti 47,50 dollaradək yüksəlib, lakin ABŞ-da hasilatın artdığına dair gözləntilər nefti yenidən ucuzlaşdırıb. Birjaların səhər seanslarında bu markadan olan neftin qiyməti 46,91 dollar səviyyəsinə enib, Qərbi Texas nefti isə son seansda 44,41 dollardan satılıb.

 

Bu gün Amerika Neft İnstitutu ABŞ-ın kommersiya neft ehtiyatlarının həcminə dair ənənəvi həftəlik hesabatı açıqlayacaq. Neftin birjalarda qiyməti əsasən bu hesabata görə formalaşacaq.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR