Parisdə daha bir terror cəhdi: prezident iqamətgahı yaxınlığında həyəcanlı anlar
Fransada terror aktına cəhd olub. Hadisə Fransa prezidentinin iqamətgahının 100 metrliyində baş verib. APA TV-nin məlumatına görə, Parisin mərkəzindəki Yelisey çöllərində silahlı şəxs avtomobilini jandarmeriya əməkdaşlarının furqonuna çırpıb. Toqquşmadan sonra silahlı şəxsin avtomobili alışıb.
Fransanın daxili işlər naziri Jerar Kallon bildirib ki, jandarmeriya əməkdaşlarına hücum edən şəxs avtomobilində ölüb. Onun idarə etdiyi maşından partlayıcı və avtomat silah tapılıb.
Məlumata görə, hadisəni törədən 31 yaşlı kişi xeyli əvvəldən xüsusi xidmət orqanlarının nəzarətində olub və potensial xüsusilə təhlükəli hesab edilirmiş.
Hadisəni Parisin antiterror prokurorluğu araşdırır. Terrora cəhddən sonra yaxınlıqdakı metro stansiyaları bağlanıb, əhaliyə ora yaxınlaşmamaq tövsiyə edilib.
Qeyd edək ki, bu, Parisdə ilk terror həyəcanı deyil. İyunun 6-da 40 yaşlı mərakeşli çəkic və bıçaqla patrullara hücum etmişdi.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA