Londonda müsəlmanlara qarşı terror törədənin kimliyi açıqlandı
İyunun 19-na keçən gecə Londonda məscid yaxınlığında terror aktı törədən şəxsin adı açıqlanıb. APA TV-nin “Sky News”a istinadən verdiyi xəbərə görə, cinayəti törədən 47 yaşlı Darren Osborn olub.
Polis şübhəli şəxsin Kardiffdə yaşadığı evdə axtarış aparıb. Araşdırmalar nəticəsində məlum olub ki, hücumda istifadə edilən avtomobil Cənubi Uelsdə icarəyə götürülüb.
İyunun 19-na keçən gecə Londonda sürücü avtomobili piyadaların üstünə sürüb. Hadisə Londonun şimal-şərqində məscid yaxınlığında, möminlər gecə namazından çıxarkən baş verib. İnsident nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
OXŞAR XƏBƏRLƏR
17:52
663
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
713
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
799
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
540
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
666
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
702