Nigar Camal: "DYP iki gündə maşınımı 6 dəfə saxlayıb"
“Adam yorulur, bezir. Buna “stop” demək lazımdır”. İki gündə maşınını altı dəfə saxladılar. O da əsəblərini cilovlaya bilməyib, etirazını sosial şəbəkədə dilə gətirdi.
APA TV-nin məlumatına görə, söhbət Azərbaycanı “Eurovision” yarışmasında təmsil edən müğənni Nigar Camaldan gedir.
Bir neçə gün əvvəl qarşılaşdığı hörmətsizlik ifaçını özündən çıxarıb. Ona görə də Nigar Camal DYP işçilərindən narazıdır: “Beşinci gün Londondan gəlmişəm. İki gün ərzində məni 6-7 dəfə saxlayıblar. O qədər hörmətsiz danışıblar ki, mənimlə. Biri var qaydanı pozam, qanunu pozanda deyirəm ki, cəriməni yazın, ödəyəcəyəm”.
Nigar xanımı iki gündə bir neçə dəfə saxlayan yol polisi əməkdaşlarının iradlarına cavabı belə oldu: “Saxlayıb, sənədlər yerindədir. Kəmərsiz sürmürəm. Sonra qayıtdı ki, telefon əlində idi. Bu maşında isə telefonun ələ alınmasına ehtiyac yoxdur. Lazım olsa, nömrəni sükandakı düymə vasitəsilə yığa bilərəm. Sonra qayıtdı ki, işarəni görmədim. İnanırsınız, belə böyük bir yolda gedirəm. Mən belə yolda işarəni necə görə bilərəm? Hələ bilmirəm ki, bu doğrudan da olub, ya yox”.
İllərdir Londonda yaşayan xanım ifaçı orada bir dəfə də olsun, belə halla qarşılaşmadığını bildirib: “14 ildir Londonda yaşayıram. Orada polis “Hyundai” maşını sürür. Bizdə hər cür şərait var. Siz milləti sevməlisiniz, hörmət qoymalısınız. Bizi qorumalısınız. Biri mənə deyir ki, “mən adi adam deyiləm”. Mən də dedim ki, “yox, mən adi adamam”.
Nigar xanımın təkcə özünü yox, atasını da bu yaxınlarda DYP əməkdaşları saxlayıblar.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, artıq araşdırma başlayıb: “Statusda təsvir olunan hadisənin harada, nə zaman baş verdiyi, ona qarşı hansı əməkdaş tərəfindən kobudluq edildiyi barədə dəqiq informasiya olmadığına görə bizə ətraflı məlumat verməsi lazımdır. O ki qaldı müğənninin yol polisi haqqında kobud ifadə işlətməsinə, hesab edirik ki, bu, düzgün və inandırıcı deyil”.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA