Gəncədə yaşlı qadını maşın vurdu

Gəncədə qadını avtomobil vurub. APA TV-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Səbuhi Rəhimov küçəsində qeydə alınıb.

 

Şəhər sakini, 1994-cü il təvəllüdlü Eşqin Nəcməddin oğlu Rüstəmov idarə etdiyi “VAZ-2106” ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, kimliyi hələ ki, məlum olmayan 60-65 yaşlarında olan qadını vurub.

 

Piyada ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hazırda qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR