Qızıl dükanını soyub qaçdılar, polis arxalarınca düşdü - ATIŞMA ANI

Rusiyanın Volqoqrad şəhərində silahlı şəxslər zərgərlik mağazasına basqın edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, soyğunçular mağazanın satıcılarını silahla hədələyərək oradan 5 milyon rubl dəyərində qızıl-zinət əşyası aparıblar.

Soyğun anı təhlükəsizlik kameralarına düşüb, silahlılar maskada olublar.

Daha sonra soyğunçular hadisə yerindən "Niva" markalı maşınla uzaqlaşıblar. Polisə xəbər verilib və yaxınlıqda olan iki əməliyyatçı onların arxasınca düşüb.

Soyğunçulara yolda çatan polislər atəş açmağa başlayıb. Bu vaxt yüksək sürətlə hərəkət edən maşındakı şəxslər buna qarşılıq verib. Polis işçilərindən biri başından yaralanıb.

Hazırda soyğunçuların axtarışı davam edir. Yaralı polis isə xəstəxanalardan birinə yerləşdirilib. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR