Vergilər naziri Şamaxıda vətəndaşları qəbul edib
Azərbaycanın vergilər naziri Fazil Məmmədov Şamaxı şəhərində vətəndaşları qəbul edib. Şamaxıda yerləşən 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçirilən görüşdə Şamaxı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Vergi ödəyicilərinə göstərilən xidmətlər, vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 50-dək vətəndaş vergilər nazirinə müraciət edib.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, digər məsələlərin isə araşdırılması və lazımi tədbirlər görülməsi barədə müvafiq tapşırıqlar verilib.
OXŞAR XƏBƏRLƏR
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı