Əcnəbi tələbələr Azərbaycan-İran sərhədini pozdu
Dövlət Sərhəd Xidməti tərəfindən qeyri-leqal miqrasiyaya qarşı mübarizə uğurlu davam etdirilir.
APA TV-nin xəbərinə görə, 13.06.2017-ci il tarixdə saat 23:30 radələrində Yardımlı rayonunun Alar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İrana dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Banqladeş Xalq Respublikası vətəndaşları - 1991-ci il təvəllüdlü Amin MD Tacul, 1985-ci il təvəllüdlü Muhammad Bahauddin və onlara bələdçilik edən İran İslam Respublikasının vətəndaşı, 1963-cü il təvəllüdlü Həsənli Fateh Həmid oğlu saxlanılıblar.
Sərhəd pozucularının dövlət sərhədindən keçirilməsinə vasitəçilik edən Azərbaycan vətəndaşı, Yardımlı rayonunun Arvana kənd sakini Şəhriyar Əvəz oğlu Sətiyev hadisə yerindən qaçmağa müvəffəq olsa da, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. İlkin araşdırma zamanı Banqladeş vətəndaşlarının «Odlar Yurdu» və «Qərb» universitetlərinin tələbələri olması müəyyənləşdirilib.
Həmin tarixdə saat 23:50 radələrində Cəlilabad rayonunun Əsədli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana dövlət sərhədinin pozulması əlamətləri aşkarlanıb. Fakt üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucusunu qarşılamaq üçün əraziyə gəlmiş Cəlilabad rayonunun Musalı kənd sakinləri Daxil və Şıxəli Əhməd oğlu Gözəlov qardaşları, daha sonra isə sərhəd pozucusunun özü, 1980-ci il təvəllüdlü Aynur Əhməd qızı Gözəlova saxlanılaraq istintaqa cəlb olunublar. Araşdırma zamanı sərhəd pozucusunun 2007-ci ildən Türkiyədə məskunlaşması, müvafiq sənədləri olmadığından 2017-ci ilin iyun ayının əvvəllərində vətənə qayıtmaq üçün Türkiyə sərhədini pozaraq İrana, oradan isə Azərbaycana keçməsi müəyyənləşdirilib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA