Sabahdan bulvara giriş qadağan olunacaq
Bakıda keçiriləcək "Formula 1” yarışları ilə əlaqədar olaraq Dənizkənarı Milli Park ərazisinin bir hissəsinə giriş qadağan olunacaq.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov APA-ya bildirib ki, Dənizkənarı Milli Parkın “köhnə bulvar” olan hissəsi bağlanacaq.
Onun sözlərinə görə, bu il də keçən il olduğu kimi Neftçilər prospekti boyunca olan bulvar hissəsi şəhər sakinləri, yarışa bileti olmayanlar və qonaqlar üçün bağlı olacaq. N.Məcidov qeyd edib ki, yarış günlərində "Azneft meydanı"ndan Dəniz Vağzalına qədər olan bulvar ərazisi bağlanacaq. Həmin əraziyə yalnız xüsusi buraxılışı olan insanlar daxil ola biləcək. Yarışlara bilet alan insanlar da həmin günlərdə bulvar ərazisinə daxil ola biləcək. Çünki biletlərin özü buraxılış hesab olunur. Onlar həmin ərazilərdə həm əylənə, həm dincələ, həm də yarışları izləyə biləcəklər.
N.Məcidov vurğulayıb ki, bulvarın digər hissələri - “Ağ şəhər bulvarı”, “Bayıl bulvarı” və parkın “Yeni bulvar” adlanan hissəsi 24 saat şəhər sakinlərinin və qonaqların üzünə açıqdır. Onun sözlərinə görə, bulvarın həmin hissələrində müəyyən əyləncə və istirahət yerləri olsa da, “köhnə bulvar” hissəsinə nisbətən azdır.
Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai isə bildirib ki, bulvar ərazisi “Formula 1”in əyləncə zonası olduğu üçün iyunun 20-dən 26-dək bağlı olacaq.
Onun sözlərinə görə, həmin əraziyə yalnız “Formula 1” bileti olanlar daxil ola biləcəklər. İyunun 22-dən bileti olan insanlar üçün bulvar ərazisinə giriş açıq olacaq.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA