5 ölkənin dəmir yolları rəhbərləri Bakıda saziş imzaladı
Bakıda Azərbaycan, Gürcüstan, İran, Ukrayna və Polşanın dəmir yolları rəhbərləri tərəfindən bir sıra sənədlər imzalanıb.
APA TV-nin xəbərinə görə, imzalanma "Cənub-Qərb" nəqliyyat marşrutu layihəsinin inkişaf etdirilməsində, həmçinin bu marşrut üzrə daşımaların həyata keçirilməsində təşkilati, texnoloji və logistik məsələlərin həllində tərəflərin atdığı addımların koordinasiyası, "Cənub-Qərb" nəqliyyat marşrutu katibliyinin və əməliyyat-iş mərkəzinin yaradılması məsələlərinin müzakirəsindən sonra baş tutub.
"Azərbaycan Dəmir Yolları"nın rəhbəri Cavid Qurbanov bildirib ki, toplantıda Hindistan-Fars Körfəzi-İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Avropa istiqaməti üzrə daşımaların optimallaşdırılmasına, həmçinin tərəflərin tranzit potensialının artırılmasına xidmət edəcək "Cənub-Qərb" nəqliyyat marşrutu üzərində əməkdaşlıq imkanlarının genişləndirilməsi qərara alınıb. Eyni zamanda iştirakçı ölkələrin dəmir yolları tərəfindən “Cənub-Qərb” nəqliyyat marşrutu üzrə daşınacaq yüklərə güzəştli tariflərin tətbiqi məsələsinin araşdırılması da məqsədəuyğun sayılıb: "Ən yaxşı nəqliyyat növü dəmir yoludur. Biz ortadayıq. Dəmir yolu ilə yük aparılırsa, bu, təxminən 5000 dollara, gəmi ilə aparılsa, 3000 dollara, təyyarə ilə aparılanda 35 000 dollara başa gəlir. Azərbaycanda bu marşrutun Koordinasiya Şurasının mərkəzi Bakıda yerləşəcək. Bu, bizim üçün bir daha üstünlükdür. İşçi qrupu isə İranda yerləşəcək".
Əldə olunmuş razılığa əsasən, “Cənub-Qərb” marşrutu üzrə Azərbaycan, Gürcüstan, İran, Ukrayna və Polşanın dəmir yolları arasında koordinasiya işləri “Azərbaycan Dəmir Yolları” QSC-yə həvalə edilib.
Qeyd edək ki, “Cənub-Qərb” marşrutu üzrə strateji əhəmiyyətli məsələlər, həmçinin marşrutun inkişaf perspektivləri Koordinasiya Komitəsi tərəfindən həll olunacaq. Marşrut üzrə yüklərin daşınmasında mövcud olan və yaran biləcək maneələrin aşkar edilməsi və aradan qaldırılması məqsədilə, Koordinasiya Komitəsinin nəzdində Azərbaycan, Gürcüstanı, İran, Ukrayna və Polşa dəmir yollarının nümayəndələrindən ibarət İşçi Qrup yaradılacaq.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA