Zaqatalada 6 aylıq körpə qəzaya düşdü
Zaqatalada baş verən yol qəzasında biri körpə olmaqla 4 nəfər xəsarət alıb.
APA TV-nin məlumatına görə, hadisə bu gün səhər saat 09:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Zaqatala rayonunun “Naib bulaq” adlanan ərazisindən keçən hissəsində baş verib.
Rayonun Əliabad qəsəbə sakini, 1949-cu il təvəllüdlü Adil Hacıməhəmməd oğlu Vəliyev idarə etdiyi "Mercedes" markalı 62 BL 237 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhər istiqamətində olarkən ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Nəticədə avtomobili eyni istiqamətdə hərəkətdə olan "KamAZ" markalı 99 XB 193 dövlət nömrə nişanlı yük maşınının arxasına vurub.
Qəzadan sonra sürücü Adil Vəliyev və avtomobildə olan digər sərnişinlər, rayonun Əliabad qəsəbə sakinləri 1981-ci il təvəllüdlü Gülpəri Ramazan qızı Balayeva, 1953-cü il təvəllüdlü Ramazan Ərəb oğlu Balayev və 2016-cı ilin dekabr ayında anadan olmuş Əfsər Ramil oğlu Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Zaqatala MRX-dan verilən məlumata görə, yaralıların müalicə və müayinəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA