Kamal Abdulla: "ADU daha çox müstəqillik əldə edəcək"
"Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan Dillər Universitetinin yenidən təşkili, universitetə publik hüquqi şəxs statusunun verilməsi barədə imzaladığı sərəncam çox ciddi bir sənəddir". APA TV-nin xəbərinə görə, bunu ADU-nun rektoru, akademik Kamal Abdulla deyib.
Rektor bildirib ki, sərəncama əsasən universitetin nizamnaməsi yenidən hazırlanacaq, profildə nəzərdə tutulan istiqamətlər genişlənəcək: “Sərəncama əsasən universitetin öz daxili quruluşunda daha çox müstəqillik əldə etdiyi göz qabağındadır. Bu müstəqillik hər bir bölmənin qarşısında yeni üfüqlər açacaq. Bu, həm də yeni ixtisasların, yeni qurumların, yeni elmi-tədqiqat institutlarının yaradılması deməkdir”.
ADU-nun tədris işləri üzrə prorektoru Əfqan Abdullayev isə qeyd edib ki, sərəncama əsasən ADU-nun maliyyə imkanları cəlb etmə imkanları artacaq, idarəetmə mexanizmi işlək və sadə olacaq.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA