Lənkəranda 80 yaşlı kişi dördüncü arvadını öldürdü

Lənkəranda 80 yaşlı kişi həyat yoldaşını qətlə yetirib. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, 13 ünvanında qeydə alınıb.

 

80 yaşlı Xanoğlan Əzimov ailə münaqişəsi zəminində 53 yaşlı həyat yoldaşı Almagül İsmayılovanı balta ilə qətlə yetirilib. Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, hadisəni törədən şəxs artıq saxlanılıb.

 

Qeyd edək ki, Almagül İsmayılova əslən Lerik rayonunun Mastail kəndindəndir. 5 il əvvəl Xanoğlan Əzimovla ailə həyatı qurub. O, Xanoğlan Əzimovun dördüncü arvadı olub. Əzimovun bundan əvvəlki xanımlarından biri vəfat edib, ikisi isə boşanıb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR