Tünzalə Ağayeva Leyla Əliyevanın şeirinə mahnı bəstələdi

Əməkdar artist Tünzalə Ağayeva yeni mahnı və klipini təqdim edib.

 

APA TV-nin məlumatına görə, ifaçı bir müddət əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yazdığı "Ne boysya” (Qorxma) şeirinə musiqi bəstələyib. Bir həftə öncə teaseri yayımlanan klip artıq tam versiyada dinləyicilərə təqdim edilib.

 

Klipin rejissoru Fərhad Əlidir. Mahnını Emin Kərimi aranjeman edib. Müğənninin obrazı üzərində isə dizayner Gülnarə Xəlilova və stilist Fazil Rəcəbov çalışıb.

 

Qeyd edək ki, bu, əməkdar artistin rus dilində ifa etdiyi ilk mahnısıdır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR