Fransada 14 erməni sutenyor tutuldu

Fransada mafiya üzvü olan 14 erməni həbs edilib. APA TV-nin "Le Figaro"ya istinadən məlumatına görə, polis Bordo, Nant, Nitsa, Puatye və Parisdə əməliyyat keçirib.


Son bir ildə polis Renn şəhərində qadın alveri ilə məşğul olan şəbəkənin ələ keçirilməsi istiqamətində iş aparıb. Həmin şəxslər fahişələri silahla hədələyərək onları "xərac" verməyə məcbur edib. Polisə xəbər verəcəkləri təqdirdə qadınlara öldürüləcəkləri deyilib.

Saxlanılanlardan 12-si əvvəllər məhkum olunmuşlardır. Onların 8-i xüsusilə təhlükəli cinayətkar sayılır.

 

Ələ keçənlərin yaşları 30-a qədərdir. Onların başqa cinayətlər törətdiyi də ehtimal olunur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR