Səudiyyə İrana məxsus qayıqlara atəş açdı, ölən var - KÖRFƏZDƏ MÜHARİBƏ TƏHLÜKƏSİ

Səudiyyə Ərəbistanına məxsus hərbi gəmilər silahla dolu böyük bir qayığı saxlayıb. APA TV-nin "Reuters"ə istinadən məlumata görə, ölkənin Müdafiə Nazirliyi xəbəri təsdiqləyib.

Qayıq Mərcan neft yatağının yaxınlığında saxlanılıb. Digər iki qayıq isə ərazidən sürətlə uzaqlaşa bilib. Onların da silah daşıdığı istisna edilmir.

Krallığa məxsus gəmilərdən qayıqların istiqamətinə atəş açılsa da, hədəfə dəyməyib.

Ələ keçən silahlar müsadirə olunub. Silahlar Yəmən husilərinə çatdırılmalı imiş.

Xatırladaq ki, rəsmi Tehran iyunun 17-də də Səudiyyəyə məxsus patrul gəmilərindən Fars körfəzindəki İran balıqçı qayıqlarına atəş açıldığını bildirib. İnsident nəticəsində bir İran vətəndaşı ölüb.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR