Birjalarda neftin qiyməti dəyişməyib
Birjalarda həftənin ilk ticarət sessiyalarında neftin qiyməti dəyişməyib.
APA TV-nin məlumatına görə, ötən həftəni 47,30 dollarla başa vuran “Brent” markalı neft yeni həftəyə 47,26 dollarlıq qiymətlə başlayıb.
Qərbi Texas neftinin qiymətində isə artım müşahidə olunur. Ötən həftəni 44,70 dollar göstəricisi ilə bitirən WTİ nefti yeni həftəyə 22 sent bahalaşma ilə start verib. Artım tendensiyasının davamlı olub-olmayacağı axşam seanslarında bilinəcək.
Bu gün dünyanın nüfuzlu informasiya agentlikləri neft analitikləri arasında keçiriləcək sorğunun nəticələrini açıqlayacaqlar. Birjalarda qiymətlərə təsir edən bu sorğu həm də həftənin neft mənzərəsi ilə bağlı təxminlər irəli sürməyə imkan verəcək. Sabah isə Amerika Neft İnstitutu ölkənin kommersiya neft ehtiyatlarının həcminə dair ənənəvi həftəlik hesabatı açıqlamalıdır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA