Londonda mikroavtobus piyadaların üstünə çıxdı: 1 ölü, 8 yaralı
Londonda miniven tipli avtomobil piyadaları vurub, xəsarət alanlar var.
APA TV-nin "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, Londonun şimal-şərqində baş verən insident zamanı bir nəfər ölüb. Daha 8 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.
Yerli KİV-in yazdığına görə, piyadaları vurduqdan sonra maşından düşən şəxs bıçaqla bir neçə nəfərə xəsarət yetirib. İlkin məlumata əsasən, hadisə məscid yaxınlığında, möminlər gecə namazından çıxarkən baş verib və hədəf də müsəlmanlar olub.
“Sky News” telekanalının hadisə şahidlərinə istinadən xəbərinə görə, insident zamanı avtomobildə 3 nəfər olub. Onlardan biri polis tərəfindən yaxalanıb, daha ikisi hadisə yerindən qaçıb.
OXŞAR XƏBƏRLƏR
17:52
698
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
748
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
835
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
543
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
671
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
705