Makronun partiyası parlament seçkilərinin 2-ci turunda da qalib gəldi
Fransada keçirilən parlament seçkilərinin ikinci turunda ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” hərəkatı qalib gəlib.
APA TV-nin "Frans Press" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.
Bülletenlərin 95 faizinin hesablanmasından sonra "İrəli, Respublika!" hərəkatı müttəfiqləri MoDem-lə (“Demokratik hərəkat” partiyası) birgə parlamentdə azı 325 yerə sahib çıxaraq mütləq çoxluğa nail olublar. Sağ-mərkəzçi “Respublikaçılar” partiyası 110, “Sosialist Partiyası” – 28, sağ-mərkəzçi “Demokratlar və müstəqillər İttifaqı” – 17, “Fəth olunmayan Fransa” hərəkatı – 16, Kommunist Partiyası – 10, “Milli Cəbhə” – 8 mandat əldə edib.
“Milli Cəbhə”nin lideri Marin Le Pen ilk dəfə Fransa parlamentinin aşağı palatası Milli Məclisə seçilib. Parlamentə həmçinin “Fəth olunmayan Fransa” hərəkatının lideri Jan-Lyuk Melanşon və sabiq baş nazir Manuel Vals seçilib.
Seçkilərdə seçicilərin 35,33 faizi iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA