Malidə turist düşərgəsinə hücum olub: ölənlər var
Malinin paytaxtı Bamako şəhəri yaxınlığında naməlum silahlılar turist düşərgəsinə hücum edərək xeyli sayda insanı girov götürüb.
APA TV-nin "Frans Press" agentliiynə istinadən verdiyi xəbərə görə, girov götürülənlər dinc insanlar olub. Tez bir zamanda əraziyə polis qüvvələri cəlb olunub və xilasetmə əməliyyatlarına başlanılıb. Turist düşərgəsinə hücum edən silahlılar məhv edilib.
Bunu Malinin Təhlükəsizlik naziri Səlifə Traore bəyan edib. Onun sözlərinə görə, həyata keçirilən xüsusi əməliyyat nəticəsində 4 silahlı məhv edilib, 36 nəfər, o cümlədən 16 Fransa vətəndaşı girovluqdan azad olunub. Terrorçuların hücumu zamanı 2 nəfər ölüb, onlardan biri Fransa vətəndaşıdır.
Hücuma görə heç bir silahlı qruplaşma hələ ki məsuliyyəti öz üzərinə götürməyib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA