İraq ordusu Mosulun son nöqtəsinə doğru hücuma keçdi

İraq ordusu Mosulun tarixi "Qədim şəhər" bölgəsini İŞİD-dən almaq üçün hərbi əməliyyatlara başlayıb.

APA TV-nin "Frans Press" agentliyinə istinadən verdiyi məlumata görə, sözügedən bölgədə təxminən 150-200 min dinc akin qapalı vəziyyətdə qalıb, təmiz su və qida baxımdan insanlar çıxılmaz vəziyyətə düşüb.

Bundan əvvəl İraq Silahlı Qüvvələri Mosulun Ez-Zancili və Eş-Şifaa məhəllələrini İŞİD terrorçularından azad edib, “Qədim şəhər”i mühasirəyə alıb. Hazırda Mosulun 1 faizindən az hissəsi İŞİD terrorçularının nəzarətindədir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR