Portuqaliyada güclü meşə yanğınları: ölənlərin sayı 62-yə çatdı
Portuqaliyanın mərkəzi hissəsində tüğyan edən meşə yanğınları nəticəsində 62 nəfər ölüb, 54 nəfər də xəsarət alıb.
APA TV-nin “Frans Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomes açıqlama yayıb. Ölənlərin sayının artacağı istisna olunmur.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, şənbə günü ölkənin bir sıra regionlarında temperatur 40 dərəcəyə çatıb. Meşə yanğınları Pedroqan-Qrandi bələdiyyəsində başlayıb. Yanğın sürətlə yayılaraq bir neçə yaşayış məntəqəsini əhatə edib.
Xəsarət alanlardan 5-in durumu ağırdır. İlkin məlumata görə, 30-a yaxın şəxs avtomobillərlə fəlakət zonasından çıxmağa cəhd edərkən ölüb. Meşə yanğınlarını nəzarət altına almaq hələ ki mümkün olmayıb.
Portuqaliya hökuməti meşə yanğınları nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA