Öldürülən erməni hərbçilərin fotoları yayıldı

Erməni mətbuatı iyunun 16-da cəbhədə öldürülən Ermənistan ordusunun üç hərbçisinin fotolarını yayıb. APA TV-nin xəbərinə görə, təxribat törətmək istəyərkən məhv edilən düşmən əsgərləri barədə məlumat da verilir.

Onlardan Araik Matinyan Ermənistanın Lori vilayətinin Şnox kəndindəndir. Matinyan çətinliklə dolanan ailənin 4 övladından ikincisidir.

Vardan Sarqsyan isə Ermənistanın Araqatsotn vilayətindədndir. O da kasıb ailənin övladıdır. Sarqsyan musiqi təhsili alıb, klarnet ifaçısı olub.

Viqen Petrosyan isə Sevan şəhərindən Qarabağa göndərilib. O, bi aydan sonra evə qayıtmalı idi.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR