Ermənistan ordusunun itkiləri artır: daha bir düşmən əsgəri öldürüldü

Dağlıq Qarabağda daha bir erməni əsgəri məhv edilib. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, öldürülən düşmən hərbçisi 1997-ci il təvəllüdlü Narek Qasparyandır.

Xatırladaq ki, iyunun 16-da Ermənistan ordusu cəbhədə ciddi itki verib. Qarşı tərəfin təxribat törədən hərbçiləri - Araik Rudikoviç Matinyan, Viqen Jirayroviç Petrosyan və Vardan Tsovakoviç Sarkisyan cavab atəşi ilə öldürülüblər.

Bundan əlavə düşmənin bir neçə əsgəri ağır yaralanıb. Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistan tərəfinin itkilərini gizlətdiyini, düşmənin üç deyil, beş hərbçisinin məhv edildiyini bildirib. Müdafiə Nazirliyi həmin iki hərbçinin adını da açıqlayıb. Onlar Myasnik Ovanisyan və Vardan Harutyunyandır.
 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR