İran Türkiyəyə 760 milyon dollar cərimə ödədi
İran təbii qazın qiymətini süni şəkildə artırdığına görə Beynəlxalq Arbitraj Məhkəməsi tərəfindən kəsilən cərimənin 40 faizini Türkiyəyə ödəyib. APA TV-nin məlumatına görə, bu barədə İran parlamentinin energetika komissiyasının nümayəndəsi Əsədulla Qarexani bildirib.
2012-2016-cı illər Türkiyə İrandan satın aldığı qazın qiymətinin süni olaraq bahalaşdırıldığını əsas gətirərək Beynəlxalq Arbitraj Məhkəməsində Tehran hökumətinə qarşı iddia qaldırıb. Rəsmi Ankara bildirib ki, bu illər ərzində İrandan idxal olunan təbii qazın qiyməti Azərbaycan və Rusiya qazına nisbətən baha olub.
İran bu dövrdə Türkiyəyə 14,2 milyard dollarlıq təbii qaz satıb. Məhkəmənin qərarına görə, İran Türkiyəyə dəyən zərərin müqabilində bu ölkəyə 1,9 milyard dollar cərimə ödəməlidir.
Xatırladaq ki, 1996-cı ildə İranla Türkiyə arasında ildə 10 milyard kubmetr qaz idxalına dair saziş imzalanıb. 25 illik sazişin icrasına 2001-ci ildən başlanıb.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA