ABŞ-da yaşayan azərbaycanlı rejissor: "İnsanlar komediya filmlərinə maraq göstərir"

“Azərbaycanda film mədəniyyəti formalaşma dövrü keçir. İnsanlar əsasən  komediya janrında olan filmlərə maraq göstərirlər. Bu isə fərqli janrda film ərsəyə gətirmək istəyən rejissorlar üçün çətinlik yaradır”.

 

APA TV-nin məlumatına görə, bu fikirləri ABŞ-da yaşayan azərbaycanlı rejissor Elmar Bayramov deyib.

 

O, bir neçə ay öncə Birləşmiş Ştatlara köçüb. Rejissor bildirib ki, Bakıda “Black Garden Company” adı ilə 2014-cu ildən fəaliyyət göstərib. Hərfi tərcümədə bu, “Qara bağ” deməkdir. Şirkətin yaradılmasında məqsəd Azərbaycanı beynəlxalq film festivallarında təmsil etməkdir. Rejissor bundan sonra ABŞ-da bu ad altında çalışmağı düşünür.

 

Elmar Bayramov qeyd edib ki, “Don Marleone” filmindən 4 ay sonra ABŞ-dan təklif gəlib. Burada müsabiqələr üçün filmlər çəkib Azərbaycanı təmsil etməyi hədəf qoyub. O ki, qaldı “Don Marleone” filminə,  “Azərbaycanda kifayət qədər qazanc gətirməsə də , artıq Avropa ve Asiya ölkələrində satılmaq mərhələlərini keçir. Artıq bir neçə ölkədə tərcümə işləri gedir. 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR