Tramp qolf sahələrinin icarəsindən 298 milyon dollar qazanıb

ABŞ hökuməti yanında etika məsələləri üzrə bürosu prezident Donald Trampın ötən il üzrə gəlirlərini açıqlayıb. APA TV-nin məlumatına görə, 98 səhifəlik sənədə əsasən, Tramp ötən il sahib olduğu qolf meydançalarından 298 milyon dollar gəlir əldə edib. ABŞ prezidentinin təkcə Nyu-Cersidəki qolf-klubdan gəliri 19,8 milyon dollar olub.

 

Tramp həmçinin Floridadakı "Mar-a-Laqo" kurortundan 37,2 milyon dollar gəlir götürüb. Prezidentin kurortdan gəliri 2015-ci ilə nisbətən 7,4 milyon dollar artıb.

 

ABŞ prezidenti kitablarının satışından 7 milyon dollar qonorar alıb, ABŞ Kinoaktyorlar Gildiyası isə prezidentə 84 min dollar qonorar ödəyib. 

 

Tramp prezident seçilsə də, aktivləri üzərində nəzarəti saxlayır. Hesablamalara görə, Trampın ümumi aktivlərinin dəyəri 1,4 milyard dollardır. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR