Neft həftə ərzində daha 1 dollar dəyər itirdi
Neft həftəni aşağı qiymətlərlə başa vurub. Birjalarda həftənin son ticarət seansında "Brent" markalı neftin 1 bareli 47,30 dollardan satılıb. Bu, ötən həftənin son qiymətindən 1 dollar ucuzdur. Qərbi Texas nefti də həftəni ucuz qiymətlərlə başa vurub. Son seansda WTİ nefti 44,70 dollara satılıb. Bu markadan olan neft həftə ərzində 1,13 dollar dəyər itirib.
Qeyd edək ki, hasilatın azaldılmasına dair OPEK razılaşması imzalandıqdan sonra dünya bazarında neft 13 faiz ucuzlaşıb. Ucuzlaşmaya səbəb olan əsas amillərdən biri ABŞ-da qaya nefti hasil edən buruqların sayının artmasıdır. Dünən Baker Hughes şirkəti belə buruqların sayına dair növbəti hesabatını açıqlayıb. Ötən həftə ABŞ-da hasilat prosesində iştirak edən buruqların sayı 8 ədəd artaraq 747-yə çatıb. Kanadada isə belə buruqların sayı həftə ərzində 17 ədəd artıb.
Həftə sonu birjalar işləmir, neft satışı üzrə ticarət sessiyaları bazar ertəsi bərpa olunacaq.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA