ABŞ ordusunun esminesi ticarət gəmisi ilə toqquşub

Yaponiyanın Yokosuka şəhəri yaxınlığında ABŞ esminesi ticarət gəmisi ilə toqquşub. APA TV-nin məlumatına görə, bu barədə Reuters agentliyi ABŞ Hərbi-Dəniz Qüvvələrinə istinadən məlumat verib.

 

Məlumata görə, “USS Fitzgerald” esminesi Yokosuka şəhərindən 103 km cənub-qərbdə ticarət gəmisi ilə toqquşub. Zərərçəkənlərin sayı müəyyənləşdirilir. İlkin məlumata görə, itkin düşənlər var. Bildirilir ki, ABŞ Hərbi-Dəniz Qüvvələri yardım üçün Yaponiya sahil mühafizəsinə müraciət edib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR