Baş nazirdən müxalifətçilərin yürüşünə reaksiya: “Ədaləti küçədə axtarmazlar”
CHP üzvlərinin deputat Ankaradan başlatdığı yürüş iki gündür davam edir
Türkiyənin baş naziri Binali Yıldırım ana müxalifət Cümhuriyyət Xalq Partiyası üzvlərinin liderləri Kamal Kılıçdaroğlunun rəhbərliyi Ankaradan İstanbula piyada yürüş etməsinə münasibət bildirib. APA TV-nin məlumatına görə, baş nazir bu barədə Diyarbakırda yerli sakinlər qarşısındakı çıxışında danışıb. O, deyib ki, yürüşü indi yox, çevrilişə cəhd zamanı etmək lazım idi:
“O gün meydanlara çıxmayanlar, küçələrdə yürüməyənlər indi Ankaradan İstanbula yürüş keçirilər. Yürüş edəcəksənsə, çevrilişə qarşı edəcəksən. Ədalət küçədə tapılmaz, küçədə axtarılmaz. Ədalətin yeri məhkəmələrdir. Ədalət mülkün təməlidir”.
CHP üzvlərinin deputat Enis Bərbəroğlunun həbsinə etiraz əlaməti olaraq Ankaradan başlatdığı yürüş iki gündür davam edir. Yürüşün ikinci günündə 22 kilometr məsafə qət edən Kamal Kılıçdaroğlu və partiyadaşları Ankaranın Kahramankazan qəsəbəsində gecələyiblər. Onlar iyunun 17-də yürüşü davam etdirəcəklər.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA