AFFA-nın ilk prezidenti Fuad Musayev vəfat etdi
AFFA-nın ilk prezidenti, Bakı şəhər Partiya Komitəsinin I katibi (1983-1988) Fuad Musayev vəfat edib.
Məlumatı APA TV-yə AFFA-nın keçmiş baş katibi, futbol veteranı Çingiz İsmayılov verib.
Çingiz İsmayılovun sözlərinə görə, Fuad Musayev Estoniyada müalicədə olub. Müalicəsini başa vuran keçmiş AFFA prezidenti Bakıya qayıdırmış. Yolüstü Moskvaya gedən Fuad Musayevin vəziyyəti pisləşib və xəstəxanaya aparılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Fuad Musayevin nəşi iyunun 17-də Bakıya gətiriləcək.
OXŞAR XƏBƏRLƏR
17:52
748
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
796
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
883
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
546
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
674
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
709