Yevlaxdan dilənməyə gəldi, Xırdalanda ev soydu: "Balama görə elədim"

Abşeron polisi evdən qızıl oğurlayan dilənçini saxlayıb.

 

APA TV-nin xəbərinə görə, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yaşayan Həsrət Təvəkkül oğlu Aslanov 3 gün öncə ərizə ilə Abşeron Rayon Polis İdarəsinə müraciət edərək, naməlum şəxsin ona məxsus evə açıq qapıdan daxil olmaqla oradan 200 manat dəyərində bir cüt qızıl sırğa, 300 manat dəyərində bir ədəd kişi qızıl üzüyü və 50 manat dəyərində qızıl suyuna çəkilmiş bir ədəd qadın üzüyünü oğurlayaraq, ona ümumilikdə 550 manat ziyan vurduğunu bildirib.

 

Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini, 28 yaşlı Aynurə Ramiz qızı Mahmudova saxlanılıb. Ondan evdən oğurladığı maddi sübutlar aşkar edilərək götürülüb. Polisdə dindirilən Aynurə oğurluğu dilənçilik fəaliyyəti ilə məşğul olan zaman törətdiyini bildirib: "Dilənmişəm, qapı açıq olub, girib götürmüşəm qızılları. Balama görə eləmişəm".

 

Faktla bağlı cinayət işi başlanıb. Saxlanılan qadının oxşar cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR