London yanğınında ölü sayı artdı: binanın içərisindən İLK GÖRÜNTÜLƏR
İngiltərə paytaxtında baş verən yanğın nəticəsində ölü sayı 30-a yüksəlib. APA TV-nin məlumatına görə, hadisə yerində təhqiqat aparan qurumlar bu rəqəmin də son olmadığını bildirir.
Yerli mediada isə həyatını itirən şəxslərin sayının 100-ə qədər artacağı bildirilir.
Bu arada binanın içərisindən ilk görüntülər yayımlanıb. "Grenfell Tower"in külə döndüyü görünür.
Hadisə yerinə baş nazir Tereza Mey gəlib: "Biz əlimizdən gələni etməliyik ki, faciənin səbəbləri aydın olsun. Biz bunu yaxınlarını, dostlarını itirən insanlarımız üçün etməliyik, biz onlara izahat verməliyik".
Bu arada ehtimal olunur ki, yanğın binanın 4-cü mərtəbəsindən başlayıb. Oradakı mənzillərdən birində Efiopiya əsilli sakin soyuducusunun alışdığı barədə yanğınsöndürənlərə məlumat verib. Daha sonra o, mənzili tərk edib. Yanğının sürətlə yayılmasına isə süni materialdan hazırlanan üzlük səbəb olub.
Hazırda bina sakinləri müvəqqəti sığınacaqda məskunlaşıb. Rəsmilər onları ev və qida ilə təmin edənə qədər həmşəhərliləri lazımi yardımları göstərməyə başlayıb.
Xatırladaq ki, bu gün səhər saatlarında itkin düşən insanların sayı açıqlanıb, sakinlərdən 41-nin meyitinin tapılmadığı bildirilib, 17 nəfərin isə ağır vəziyyətdə xəstəxanalarda olduğu qeyd edilib.
Qeyd edək ki, 27 mərtəbəli yaşayış binası çərşənbə günü yanıb. Yanğın saatlarla davam edib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA