Səlim Müslümov Qəbələdə vətəndaşları qəbul etdi
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iyunun 16-da Qəbələ rayonunda bölgə vətəndaşlarını qəbul edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Qəbələ Mədəniyyət Mərkəzində keçirilən qəbulda nazir Səlim Müslümov Şəki, Oğuz, Qax, Qəbələ, Zaqatala, Balakən rayonlarının sakinləri ilə fərdi qaydada görüşüb, onların müraciətlərinə baxıb.
Müraciətlər əsasən imtiyazlı kateqoriyalara aid şəxslərin dövlət büdcəsi hesabına mənzillə, reabilitasiya xidmətləri ilə təmin edilməsi, məşğulluq, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, aktiv əmək bazarı proqramlarına, peşə hazırlığına cəlb olunma, əmək hüquqlarının müdafiəsi və digər məsələlərə aid olub. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə vətəndaşların müraciətləri araşdırılaraq cavablandırılıb.
Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA